18 Oktyabr 2024

Gündə neçə mandarin yemək olar?

Gündə 4-5 mandarindən artıq yemək olmaz.

Bu barədə rusiyalı dietoloq və qidalanma mütəxəssisi Nadejda Tsapkina xəbərdarlıq edib.

“Narınginin həddindən artıq istehlakı qaraciyərdə problem yarada bilər. Bundan başqa, mümkün allergik reaksiyanı da unutmamalıyıq. Qastritli insanlar da diqqətli olmalıdırlar, çünki naringilər bağırsaqların və mədənin selikli qişasını qıcıqlandıra bilər”, – deyə həkim vurğulayıb.

Tsapkina eyni zamanda qeyd edib ki, narıngilər kalsium, maqnezium, kalium, “D”, “K” və “B” vitaminlərinin mənbəyidir. Onun sözlərinə görə, bu meyvələrin tərkibindəki lif mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırmağa kömək edir, “C” vitamini isə immun sistemini gücləndirir (bu da koronavirus pandemiyası dövründə xüsusilə vacibdir).

“Bu sitrus meyvəsi fitonsidlər və efir yağları ilə kompleks şəkildə viruslarla mübarizə aparmağa kömək edir. Tərkibində bioflavonoidlərin və antioksidant beta-karotinin olması isə xərçəngin əmələ gəlməsinin qarşısını alır”, – deyə həkim sözlərini yekunlaşdırıb. (saglamolun.az)