04 Oktyabr 2024

Mədəniyyət Nazirliyində akademik Nizami Cəfərovun 65 illiyi qeyd edilib

Sentyabrın 21-də Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Vl çağırış Milli Məclisin üzvü, filologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan yazıçılar Birliyinin üzvü, akademik Nizami Cəfərovun 65 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində akademik ilə görüş keçirilib.

Mədəniyyət naziri Adil Kərimli Nizami Cəfərovun yaradıcılıq yolundan danışıb, onun Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı töhfələr verdiyini bildirib.

Sayı 500-dən çox olan elmi əsərlərin, o cümlədən monoqrafiyanın müəllifi Nizami Cəfərovun bu sahədəki fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilib.

Görüş zamanı akademikə Mədəniyyət Nazirliyinin fəxri diplomu təqdim olunub.

Nizami Cəfərov fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə dərin təşəkkürünü bildirib.

Sonda xatirə şəkilləri çəkdirilib.