İctimai Şura sədrinin “anım günü” şəhidlər xiyabanında halı pisləşib
Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Əsgər Əsayevin halı sentyabrın 27-də şəhidlərin anım günü tədbiri zamanı qəflətən pisləşib.
Media1.az-a ictimai şura sədrinin müavini Əhliman Hümbətovun bildirdiyinə görə həmin vaxt onlar şəhidlər xiyabanında bir yerdə olublar. İcra Hakimiyyətinin başçısı çıxış edərkən Əsgər Əsayevin halı pisləşib. Ə. Hümbətovun fikrincə bu halın yaranmasına çox ehtimal ki səbəb, anım tədbirindən təsirlənmə olub.
Əhliman Hümbətov qeyd edib ki, Əsgər Əsayevi oradan evinə gətirib. Ondan sonra xəstənin halı daha da pisləşərək koma vəziyyətinə düşüb. Həkimlərin ciddi səyləri sayəsində Əsgər Əsayevin halı yaxşılaşmağa başlayıb, komadan ayılıb.
Hazırda ictimai şura sədri Əsgər Əsayevin halı kafidir.
Onu da qeyd edək ki, Əsgər Əsayev həm də şairdir. Bir neçə şerlər kitabının müəllifidir.
Media1.az olaraq ictimai şura sədri Əsgər Əsayevə cansağlığı arzulayırıq.
Media1.az