04 Oktyabr 2024

İndiyə qədər Qarabağ və Şərqi Zəngəzura ayrılmış vəsaitin məbləği açıqlandı

2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb.

Musavat.com Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

“Gələn il isə Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Sevindirici haldır ki, Vətən müharibəsindən sonra Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi davamlı şəkildə həyata keçirilir”, – o qeyd edib.