04 Oktyabr 2024

YAP Ağstafa rayon təşkilatının “Ağstafa şəhər Təhsil İşçiləri”Ərazi Partiya Təşkilatında “27 sentyabr – Anım Günü”tədbiri keçirilib

24 sentyabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa şəhər Təhsil İşçiləri” Ərazi Partiya Təşkilatında “27 sentyabr – Anım Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildirib ki, 44 günlük Vətən müharibəsinin nəticələri Qarabağ məsələsinin həllinə dair Prezident İlham Əliyevin hərbi-siyasi həll konsepsiyasının mütləq doğruluğunu və reallığını qəti şəkildə sübut etdi. Ali Baş Komandan “münaqişənin hərbi həll yolu yoxdur” deyərək əslində 30 il vəziyyəti Ermənistanın xeyrinə dondurmaq istəyən qüvvələrin planlarını və taktikasını alt-üst etdi. 2020-ci il sentyabrın 27-dən başlanmış əks-hücum əməliyyatları Azərbaycanın gücünü, dövlətimizin regionda dayanıqlı sülhə doğru ən düzgün və qısa yolda olduğunu sübut etdi. Ermənistan və ona havadarlıq edən qüvvələr Azərbaycanın yaratdığı siyasi reallıqlarla barışmağa məcbur oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz dünya hərb tarixində unikal bir yenilik etdi. Azərbaycan işğalçı Ermənistanın uzun illər boyu heç cür qəbul etmək istəmədiyi əsas prinsiplər deyilən çərçivənin mühüm hissəsini hərbi yolla icra etmək və bundan sonra təcavüzkarı kapitulyasiya aktına imza atmaq kimi uğurlu formul ortaya qoydu.

Daha sonra çıxış edən natiqlər – Ağstafa şəhər 3 №-li tam orta məktəbin direktor müavini Şəfəq Heydərli, Ağstafa şəhər 3 №-li tam orta məktəbin müəllimi Arif Muradov geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, Üçtərəfli Bəyanatın imzalanması dövlətimizin başçısı İlham Əliyevin böyük intellektual səylərinin əhəmiyyətli nəticəsidir. Dünya tarixi müharibə tam bitməmiş düşmənin “əlinin arxasını yerə qoyduğu” azsaylı məqamlar tanıyır ki, bunun da ən uğurlu nümunəsini Azərbaycan yaratdı. Bu qalibiyyətli müharibə Azərbaycan-Türkiyə qardaşlığını daha da gücləndirdi, sülhyaratma missiyasının icrasında qardaş ölkənin legitim rolunun rəsmən təmin olunması Prezident İlham Əliyevin tarixi geosiyasi uğurlarından biridir. Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində, Zəngilanda, habelə digər ərazilərdə bir neçə strateji yüksəklik düşməndən təmizləndi. Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində ən böyük Zəfər kimi yaddaşlara yazıldı. Bu, həmçinin müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi, Ermənistanın kapitulyasiyası reallaşdı.

Sonda şagirdlərin ifasında Vətənə və şəhidlərə aid şeirlər səsləndirilib.