21 Dekabr 2024

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb! Praqadan XOŞ XƏBƏR

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Respublikasının Prezidenti Emauel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel 2022-ci il oktyabrın 6-da Praqada görüş keçiriblər.

Görüşdən sonra tərəflər bəyanat yayıblar.

Media1.az həmin bəyanatın özətini təqdim edir.

Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər, bu bəyannamə vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır.

Onlar təsdiqləyiblər ki, bu, delimitasiya komissiyalarının işi üçün əsas olacaq və bu komissiyaların növbəti iclası oktyabrın sonunadək Brüsseldə keçiriləcək.

Ermənistan Avropa İttifaqının Azərbaycanla sərhəddə mülki missiyasını təşviq etməyə razılaşıb.

Azərbaycan sözügedən missiya ilə ona aid olacaq dərəcədə əməkdaşlığa razılıq verib. Missiya maksimum iki ay müddətli olmaqla, oktyabr ayında işə başlayacaq. Missiyanın məqsədi güvən yaratmaq və hesabatlar vasitəsilə sərhəd komissiyalarına kömək etmək olacaq.