Ceyk Sallivan, İbrahim Kalın və Andrey Yermakın arasında görüş keçirilib
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermakın iştirakı ilə üçtərəfli görüş keçirilib.
APA xəbər verir ki, bu barədə Yermak “Twitter”də bildirib. Onun sözlərinə görə, görüş zamanı Ukraynada döyüş zonasındakı vəziyyət müzakirə olunub.
“Həmçinin Rusiyanın son təcavüzkar hərəkətlərinə cavab tədbirlərinin əlaqələndirilməsi müzakirə olundu.
Ölkəmiz NATO-ya üzv olana qədər Ukraynanın etibarlı beynəlxalq təhlükəsizlik zəmanətləri almasının vacibliyini vurğuladıq”, – Ukrayna rəsmisi əlavə edib.
Qeyd edək ki, görüş Türkiyədə baş tutub.