“Çeçen elitası Kadırovu öldürməyə hazırlaşır” – ŞOK AÇIQLAMA
“Putinin piyadası” Ramzan Kadırov başa düşür ki, Çeçenistanın yarısı onun qan düşməni kimidir. “Ciddi” çeçenlər onu aradan götürmək istəyirlər.
AzVision.az xəbər verir ki, bu barədə “FreeDom” kanalına açıqlamasında rusiyalı siyasətçi Gennadi Qudkov məlumat verib.
Onun sözlərinə görə, Kadırov Çeçenistanda hərbi xunta diktaturasını tətbiq edib. Təəccüblü deyil ki, çeçenlər tez-tez Avropadan siyasi sığınacaq istəyirlər.
Kadırovun vəzifədən gedəcəyinə eyham vuran son bəyanatını şərh edən Qudkov qeyd edib ki, o, Kremlin onunla bağlı nə planlaşdırmasını dəqiq bilmir.
Putin Kadırova yüksək vəzifə verir?”Bilmirəm Kadırovla nə edəcəklər. Ola bilər ki, Moskvada, Leninski prospektində, tez-tez “razborka” təşkil etdikləri yerdə kimsə onu vursun. Düşünürəm ki, Rusiya Qvardiyasındakı vəzifəsindən başqa onu nəyinsə xilas etməsi mümkün deyil. Bu da uzun müddət çəkməyəcək”, – Qudkov deyib.
Siyasətçi etiraf edib ki, o, Kadırovun eyhamlarını həmkarları ilə müzakirə edib. Onlar belə qənaətə gəliblər ki, “o, ancaq Çeçenistanın başçısı kimi qaldığı üçün öz həyatını xilas edə biləcək”. Amma bu bir müddətlikdir, sistem dağılana qədərdir…
“Mən xeyli ciddi çeçen tanıyıram. Onlar quldur deyillər, siyasi şəxslərdir, elitadadırlar. Deyirlər ki, “Xalqımıza, adamlarımıza gətirdiyi bütün pisliklərə görə onu yaşatmayacağıq… Tezliklə onu özümüz aradan götürəcəyik”, – Qudkov qeyd edib.