27 İyul 2024

Bərdədə İctimai Şura üzvləri Heydər Əliyevin abidəsini ziyarət edib

Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvləri Ümummilli lider Heydər Əliyevin 100 illik günündə böyük şəxsiyyətin abidəsini ziyarət ediblər.

ATVFM.LİVE-in İctimai Şura mətbuat xidmətinin  katibi Musa Muradlıya istinadən əldə etdiyi xəbəriə görə İctimai Şuranın sədri Rzaqulu Şərifov, şuranın katibi Aydın Zeynalov, mətbuat katibi Musa Muradlı, Şura üzvləri Rafiq Hüseynov, İkram Ziyadov, Şamil Abdullayev Ümummilli liderin abidəsini ziyarət etmişlər.

Ziyarət öncəsi öndərin xatirəsinə ehtiram olaraq ümummilli liderlə bağlı xoş xatirələrdən danışılıb.

Şura sədri bildirib ki, Ümummilli liderin Bərdə rayonuna xüsusi diqqət və qayğı ilə yanaşıb. Qarşılığında bərdəlilər ümummilli liderə həmişə böyük məhəbbət bəsləyiblər.

İctimai Şura sədri Rzaqulu Şərifov Ümummulli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlərdə yaxından iştirak etdiyini vurğulayıb. Bərdə rayon Ağsaqqallar Şurasının keçirdiyi məktəblilərin inşa yazı müsabiqəsində, kitab bayramı tədbirində, şəhid və qazi uşaqlarının sünnət mərasimlərində iştirak ediblər.

Şura üzvləri Aydın Zeynalov , Musa Muradlı, Şamil Abdullayev, Rafiq Hüseynov, İkram Ziyadov da qısa və lakonik çıxışları ilə  Ümummilli lideri anıblar.

Sonda Şura üzvləri Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə etiramlarını ifadə edərək,  abidə önünə gül dəstələri düzüblər.