29 Mart 2024

Heydər Əliyevin əsasın qoyduğu Azərbaycan yolu bu gün hamılıqla bizim arzularımızın gerçəkləşməsi deməkdir

Azərbaycan özünün ən möhtəşəm bir ilini yaşayır. Möhtərəm prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il Heydər Əliyev ili elan edilib. İndi ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı davamlı olaraq kütləvi tədbirlər təşkil edilir. Bir sözlə ümummilli lider adına layiq şəkildə qədirbilən xalqımız tərəfindən yad edilir. Sevgi və rəhmətlə anılır.

Heydər Əliyev elə bir şəxsiyyət olub ki, onun haqqında danışmaqla fikirlər tükənməz. Saysız hesabsız  Elmi monoqrafiyalar yazılsa belə  dahi şəxsiyyətə həsr olunan mövzular yazıldıqca yazılar.

Ümummilli lider Heydər Əliyevin böyüklüyü məhz, onun bitib tükənməyən zəngin siyasi irs yaratmasıında idi. Dahi şəxsiyyətin həyat yoluna nəzər salanda onun necə çətin sınaqlardan keçdiyini, ağıl,zəka sayəsində yüksəldiyinin, eyni zamanda özünün yüksəlişi ilə bərabər xalqının da tərəqqiyə çatdırdığının şahidi oluruq.

1923-cü il mayın 10-da Naxçıvan şəhərində zəhmətkeş bir ailədə doğulan  böyük şəxsiyyət Heydər Əliyevi təhlil edərkən mistik bir düşüncədən bəhs etməli olursan. Heydər Əliyevin tanrının lütfü olaraq Azərbaycan xalqına bəxş olunduğu qənaətinə gəlirsən. Azərbaycan o illərdə tarixin ən çətin dövrünü yaşayırdı. 3 il əvvəl min bir müşkülatla qurduğu dövləti dağılmış, ölkə sovet işğalına məruz qalmış, min-bir əzab əziyyət hesabina xalq milli müqəddəratını qoruyub saxlamağa çalışırdı.Erməni, rus təsirlərindən qorunmaq üçün var gücü ilə mübarizə aparırdı. Belə çətin illərdə Heydər Əliyevin dünyaya gəlişi xilaskarın mövludu demək oldu. Uşaqlığından Heydər Əliyev fərasəti, bacarığı sayəsində maneələri qətiyyətlə dəf edir. Təhsildə fərqlənir, yaxşı təhsil alaraq  bilik və bacarıqlarını dayanmadan təkmilləşdirirdi. Məktəb təhsili alan Heydər Əliyev ailənin dolanışığı üçün atasına köməyini də əsirgəmirdi. Zəhmətə qatlaşaraq ailənin rifahı naminə hər cürə zəhmətə qatlaşır, çalışdığı qədər atası Əlirza Əliyevin köməyində dururdu. Heydər Əliyev həyatın hərtərəfli çətinliklərini gördükcə mətin olur, şəxsi keyfiyyətlərində zənginləşmə baş verirdi. Belə bir həyat məktəbinin müdavimi olan Heydər Əliyev hakimiyyətin ən yüksək zirvəsinə ucalanda da hər kəsi qiymətləndirməyi bacarır, zəhmətkeş adamlara daha çox hüsnü-rəğbət bəsləmiş olurdu. Ondan sevgi görən sadə adamlar da qarşılığında Ümummilli liderə daha çox bağlanır, bunun da sayəsində xalq sevgi ilə Heydər Əliyevi qəbul edir, onun getdiyi yerlərdə toy bayram ab-havası yaranardı.

Heydər Əliyev xalq birliyi daim qarşılıqlı surətdə bir-birinə bağlı olub. Ümummilli liderin gəncliyi çətin və keşməkeşli olduğundan Azərbaycan Sənaye İnstitunda başladığı ilk təhsilini başa çatdıra bilməyib. Naxçıvana qayıdaraq dövlət qulluğunda fəaliyyətə başlayıb. Dövlət Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Heydər Əliyev məharətlə, cəsarətilə tutduğu yolda daim yüksəlməyi bacarıb. İlk azərbaycanlı olaraq Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Heydər Əliyev harda olmağından asılı olaraq daim xalqını düşünüb, onun maraqlarını qorumağı bacarıb. Məhz Heydər Əliyevin fəaliyyəti sayəsində 1941-1945-ci illər müharibəsindən sonra ninlərlə alman əsirliyində olan soydaşlarımızı acı tale gözləyirdi. Həmin adamlar Sovet dövlətinin repressiya maşınının təhlükəsi ilə üz-üzə idilər. Heydər Əliyevin fədəkar əməyi, cəsarəti sayəsində təhlükə aradan qalxmış oldu. Ümummilli liderimiz minlərlə azərbaycanlını sovet repressiyasından qorumaqla , onların dinc həyata qayıdışına nail oldu.

Heydər Əliyevin hakimiyyətə birinci dəfə 1969-cu ildə gəlişi milli ruhun durçəlişinə səbəb oldu. Azərbaycan mədəniyyəti inkişaf etdi. Dünya ölkələrində Azərbaycan mahnıları səslənməyə başladı. Azərbaycanın nəhəng drijorları, bəstəkarları, rəssamları, memarları yetişdi. Azərbaycan mədəniyyəti böyük intibah dövrü yaşamış oldu.Bakı gözəlləşərək simasını tamamilə dəyişdi. Səhra Bakı yaşıllıqlar diyarına çevrildi. Xan Çinarlar Bakı torpağında dərin köklərin atmış oldu. Qısa müddətdə Azərbaycan inkişaf etmiş İttifaq respublikasına çevrildi.Xalqımız Sənaye sahələrində, Kənd təsərrüfatında böyük irəliləyişlərin şahidi oldu.

Heydər Əliyev Kənd təsərrüfatının inkişafında Bərdə rayonuna xüsusi önəm vermişdir. Pambıqçılq inkişaf etdirilməklə əhalinin əsas gəlirli sahəsi olmuşdur.

Heydər Əliyevin Bərdəyə tez-tez səfərləri olub. Hər gəlişində Bərdə bir az da inkişaf edib. Bərdənin sənaye müəssisələri genişlənərək müxtəlif sahələri əhatə edib. Zəhmətkeş bərdəlilərin sosial rifah halı, asudə vaxtlarının təşkili kimi məsələlər də öz həllini tapıb. Bərdə də nəhəng mədəniyyət sarayının tikilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Azərbaycanın ağır təlatümlü günlərində ümidlər yenidən Heydər Əliyevə yönəlmiş oldu. Yaranmış ağır ictimai siyasi vəziyyət, vətəndaş müharibəsindən qurtulmaq üçün gözlər  müdrik rəhbərini axtarırdı. Belə bir şəraitdə Ümummilli dider Azərbaycan xalqının xilası naminə yenidən həyatını təhlükəyə ataraq siyasi idarəçilik sisteminə qayıtdı. Onun qətiyyəti sayəsində Azərbaycan düşdüyü çətin vəziyyətdən çıxmış oldu. Erməni işğalı dayandırıldı.Siyasi sabitlik təmin edildi. Ölkədə demokratik seçkilər keçirilməklə dövlətçiliyimizin əsasları möhkəmləndirildi. Hüquqi- demokratik dövlətin inkişafı yolunda ardıcıl tədbirlər həyata keçirilmişdi. Bütün bu tədbirlər sayəsində ölkəmiz dünyanın nüfuzlu dövlətlərində birinə çevrilmiş oldu.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiya dəqiqliklə hazırlandığından, ulu öndərin vəfatından sonra da inkişaf yolunda ölkəmizin nailiyyətləri davam etmiş oldu. Layiqli varisin Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi yeni-yeni nailiyyətlərə doğru bizi aparmaq da davam etdi. Bunun nəticəsi olaraq 44 günlük müharibə dövründə torpaqlarımız işğaldan azad edildi. İndi Qarbağda, Zəngəzurda möhtəşəm layihələr icra olunur. Erməni vandallarının dağıtdığı şəhər və kəndlərimiz tikilir, analoqu olmayan yollar çəkilir.

Bunun üçün Ümummilli lider Heydər Əliyev dühasına sonsuz minnətdarlığımız var. Heydər Əliyevin əsasın qoyduğu Azərbaycan yolu bu gün hamılıqla bizim arzularımızın gerçəkləşməsi deməkdir. Tam əminliklə demək olar ki, böyük şəxsiyyətin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Musa Muradlı- Ekoloji İnformasiya İB sədri, Media1.az-ın baş redaktoru, Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü