27 Mart 2024

Bərdənin musiqi məktəbində “Heydər Əliyev-100” fləşmob təşkil edilib

Bərdə şəhər 3 saylı Uşaq Musiqi Məktəbi şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fləşmob təşkil edilib.

Fləşmob Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov və bir sıra şəxslər tərəfindən izlənilib.

Hazırlanan flaşmobun bədii tərtibatçısı Bərdə şəhər 3 saylı Uşaq Musiqi Məktəbinin müəlliməsi Təranə Kərimova olub.

Tədbirdə şer söylənmiş, xor mahnıları ifa edilmiş, sonda 60 məktəb şagirdinin iştirakı ilə Heydər Əliyevin 100 illiyinə görə 100 rəqəmi yazılmışdır.

Havadan dron vasitəsilə fləşmobun çəkilişi yüksək zövqə uyğun klipə çevrilib.