Almaniyanın müdafiə naziri: “Ukraynaya silah yardımı daha mümkün deyil”
“Müdafiə naziri kimi etiraf etməliyəm ki, Almaniya Silahlı Qüvvələri (Bundesver) Ukraynanı silahla təmin edə bilməmək həddinə çatıb”.
“Report” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristin Lambrext deyib.
Lambrext bununla yanaşı vurğulayıb ki, milli müdafiəni təhlükəyə atmadan Ukraynaya gələcəkdə silah yardımı etmək mümkün olmayacaq.
Nazirin sözlərinə görə, Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından Ukraynaya Rusiyaya qarşı müdafiə üçün silah yardımı edilir. Lakin Lambrext yardımların davam edəcəyi təqdirdə “Almaniya Silahlı Qüvvələrinin milli və müttəfiqlik müdafiəsinə zəmanət verməkdə problemlər ola biləcəyini” diqqətə çatdırıb.