22 Dekabr 2024

Bir litri 10 milyon dollardır – Dünyanın ən ölümcül heyvanı sayılan Qara Əqrəbin şəfalı zəhəri

Zəhəri ilə sizi bir neçə dəqiqə içində öldürə bilən bu heyvan olduqca qiymətlidir. Bu dərəcədə təhlükəli olan qara əqrəb təkcə insanları deyil, heyvanları da bir neçə dəqiqə içində öldürə bilər. Lakin işin maraqlı olan qismi bu deyil.

Qara əqrəbin ölümcül zəhəri olduqca bahalıdır: 1 litri 10 milyon dollar!

Dünyanın ən bahalı mayesi qara əqrəb zəhəridir! Belə bir ölümcül şeyin necə bu qədər bahalı və vacib olmasını izah edək.

Bu zəhər anti-seruma çevrilir və immun sistemini gücləndirərək, insan orqanizmini də qoruyur. Yəni əslində ölümcül bir şeyi doğru bir şəkildə istifadə etdikdə daha faydalı bir nəticə çıxır.

Litresi 10 milyon dolar: Akrep zehri Türkiye'nin ihracatına katkı  sağlayacak - Sputnik Türkiye

Qara əqrəb Cənub-Şərqi Anadolu bölgəsində tez-tez görülür. Kənd evlərində və tövlələrdə qara əqrəblərlə qarşılaşmaq olduqca normaldır. Zəhərdən alınan antigen, xərçəng və beyin şişi kimi bir çox xəstəlik üçün də faydalıdır. Litri 10 milyon dollar olduğunu qeyd etdik, ancaq zəhəri əldə etmək o qədər də asan deyil. Əqrəb ayda bir dəfə zəhərini verir və bu zəhər cəmi bir və ya iki damla olur.

Türkiyədə bu işlə məşğul olan Əli Yılmaz adlı şəxs evlərinin həyətində avadanlıqlar qurub. 16 yaşından bəri əqrəb tutan Əli Yılmaz dəfələrlə əqrəb sancmalarına məruz qalıb və daha sonra bədəninin immun sisteminin gücləndiyini hiss edib.

Şanlıurfa'lı Girişimci Geçimini Akrep Yetiştirerek Sağlıyor - Dailymotion  Video

Ali Yılmaz və qardaşı evlərinin altında düzəltdikləri anbarda əqrəblərə baxır və  yeni əqrəblər tapdıqca bura gətirirlər. Eyni zamanda onları yetişdirərək, çoxaltmağa çalışırlar.

LİTRESİ 10 MİLYON DOLAR - Eskişehir Haber - Güncel Eskişehir Haberleri |  Eskişehir Ekspres

Ali Yılmaz bu əqrəblərdən əldə etdiyi zəhəri Albila (Albila Serum Bioloji Məhsullar) şirkətinə satır. Zəhər burada da sınaqlardan keçirilir və anti-seruma çevrilir.

Sonda onu da qeyd edək ki, qara əqrəb Azərbaycanda da mövcuddur. 4 yarımnövü әhatә edәn qara әqrәb Azәrbaycanda rast gәlinәn әn iri әqrәbdir. Əqrəblərin zәhәri tibdә geniş istifadә edilir. Bir çox bioloji proseslәrin öyrәnilmәsi zamanı әvәz edilmәz komponentdir.

Turan Oruc
Musavat.com