22 Dekabr 2024

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Moskvada görüşəcək

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Moskvada görüşəcək.

Media1.az Tass-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O bildirib ki, görüşün tarixi dəqiqləşdirilir”.

M.Qaluzin qeyd edib: “İkitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platformasını təqdim etməyə hazır olduğumuzu dəfələrlə təsdiq etmişik. Biz görüşün tarixini razılaşdıqdan sonra elan edəcəyik”.