30 Noyabr 2023

Ceyhun Bayramov Səudiyyə Ərəbistanında səfərdədir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 10-da Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.

Bu barədə Media1.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasında iştirak edəcək.