23 Dekabr 2024

Aİ-nin sammitində Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq

Avropa İttifaqının oktyabrın 26-27-də keçiriləcək sammitində Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

“Report”un məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Şura üzvlərinə göndərdiyi dəvət məktubunda deyilir.

Bundan əlavə, sammitdə Qərbi Afrikanın Sahel regionunda (Mali, Burkina-Faso, Niger) vəziyyət, Belqrad və Priştina (Serbiya və özünü Kosovo adlandıran dövlət – red.) dialoqu və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Qəzza zolağındakı münaqişə ilə bağlı Mişel qeyd edib ki, o, Aİ liderlərindən HƏMAS-ın əməllərinin sərt şəkildə pislənməsini, həmçinin İsrailin özünümüdafiə hüququnun tanınmasını gözləyir.