27 İyul 2024

Vilayət Eyvazov 7 şəhər və rayonun sakinini qəbul edəcək

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 15-də Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Göygöl və Naftalan şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Media1.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 14.11.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.