22 Dekabr 2024

İsrailin XİN rəhbəri Ukraynaya səfər etməyi planlaşdırır

İsrailin xarici işlər naziri Eli Koen Ukraynaya səfər etməyi planlaşdırır.

Bu barədə “Report” “The Times of Israel”ə istinadən xəbər verir.

Nəşri bildirib ki, nazirin səfərindən sonra İsrailin Kiyevdəki səfirliyi tezliklə yenidən fəaliyyətə göstərəcək.

Xatırladaq ki, bu yaxınlarda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba israilli həmkarı Eli Koenlə telefon danışığı aparıb. İsrailli nazir Ukraynaya humanitar və digər sahələrdə yardımı artıracaqlarını bildirib.