21 Dekabr 2024

Laçın yolunda aksiya yerindən RSK-nın daha bir maşını maneəsiz keçib – FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus 1 yük maşını Laçından Xankəndi istiqamətinə keçib.

Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək Rusiya sülhməramlıları kontingentinə məxsus avtomobillərin keçidi üçün dəhliz açıb.