Azərbaycan ədaləti özü bərpa etmişdir
Prezident İlham Əliyev cari ilin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edib.
Qazaxıstan Respublikasının paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin bir sıra dövlət və hökumət başçıları ilə keçirdiyi ikitərəfli görüşlər və plenar iclasda vaxt baxımından qısa, lakin məzmunca geniş, mahiyyətcə dərin olan nitqi milli-dövlət maraqlarımızın məharətlə qorunması ilə xarici siyasət tariximizə keçdi.
Prezident İlham Əliyevin nitqində Qazaxıstanda Prezident Tokayevin rəhbərliyi ilə aparılan siyasi və sosial-iqtisadi islahatları dəstəklədiyini bəyan etməsi təkcə ikitərəfli məna daşımır. Belə mövqe həm də türk dünyasının gücləndirilməsinə xidmət edir və qardaş ölkənin daxili işlərinə müdaxilə etmək istəyənlərə bir xəbərdarlıqdır.
Dövlət başçısı nitqində İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsini, 30 il davam edən Qarabağ münaqişəsinə son qoymasını, ədaləti bərpa etməsini, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasını özünün təmin etməsi kimi reallıqları Müşavirə iştirakçılarının və dünyanın diqqətinə çatdırması çox mühim hadisələrdir.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı