06 Fevral 2025

Fransa kimi dövlətin başçısı Makronun məsuliyyətsiz danışıqları bölgədə yaranmaqda olan sülhə təhdidlər yaratmış olur

2020-ci ilin sentyabrında Azərbaycan Respublikası Silahlı qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməklə ədalətin bərpasına nail oldu. 44 günlük müharibə nəticəsində mənfur düşmən müqəddəs ata- baba torpaqlarımızdan qovuldu. 10 noyabr Azərbaycan , Rusiya , Ermənistan arasında bağlanmış üç tərəfli bəyanata əsasən bununla da münaqişənin bitməsi nəzərdə tutulurdu.Ağır zərbə alan Ermənistan Respublikası bəyənnamənin şərtlərinə əsasən münaqişənin aradan qaldırılması üçün üzərinə bir sıra öhdəliklər götürdü. Ağdam , Kəlbəcər , Laçın rayonlarından silahlılarını çıxardılar. Dağlıq Qarabağ ərazisindədə erməni silahlılarının çıxarılması nəzərdə tutulurdu. Bununla da hesab etmək olardı ki, uzun illərdən sonra mövcud münaqişəyə son qoyuldu. Ancaq Ermənistan Respublikası həmişəki kimi  qərar verərkən müstəqil deyil, bölgədə siyasi maraqlarını həyata keçirməyə maraqlı olan dövlətlərin təsiri altında  olduğu bir daha həyatda təsdiqinin tapmış oldu.

10 noyabr 2020-ci il bəyənatı münaqişənin başa çatması kimi ən tutarlı sənəd hesab oluna bilər. Möhtərəm prezidentimiz də Qarabağ münaqişəsinin artıq başa çatdığını bəyan etmiş oldu. Bu baxımdan da ATƏT-in Minsk qrupunun fəaliyyətinə də artıq ehtiyyac yoxdur. Dünyadakı son baş verən hadisələr, Rusiyanın Ukraynadakı başladtdığı müharibə səbəbindən Minsk qrupunda da yeni şəraitin yetişməsi baş verdi. Belə ki, Rusiya artıq nə Amerika, nə də Fransa üçün qəbul olunmur. Demək olar ki, bütün əlaqələr, o cümlədən də diplomatik münasibətlər tamamilə korlanmışdır. Ona görə də Minsk qrupunda artıq 3 dövlətin bir yerdə olması mümkün deyil. İndi  Minsk qrupu tamamilə ölmüş bir təşkilat deməkdir. Özü də bu təşkilat iki dəfə ölmüş təşkilatdır. Həm Qarabağ münaqişəsinin Azərbaycan Prezidentinin komandanlığı altında azad edilməsi ilə onlara ehtiyyac qalmadı, həm də beynəlxalq şəraitin yaratdığı reallıqlara uyğun yenidən ölümünə qol çəkildi.

Ancaq buna baxmayaraq bu gündə Azərbaycan – Ermənistan arasında münaqişəni alovlandırmaq məqsədilə həmin təşkilatı diriltmək istəyən qüvvələr var. Həmin qüvvələr var gücləri ilə çalışırlar ki, uzun illərdən bəri mövcud olmuş münaqişə davam etsin. Hansı ki, bu münaqişə həm Azərbaycana, həm də Ermənistana minlərlə qurbanlar bahasına başa gəlmişdir. Tarixdə uzun sürən müharibələr olmuş, sonunda sülhün yaranması təmin olunmuşdur. Ermənistan- Azərbaycan arasında sülh bərqərar olmalıdır. Təəssüflər olsun ki, dünyda sülhün və ədalətin olmasını bayraq edən   Fransa kimi dövlətin başçısı Makronun məsuliyyətsiz danışıqları bölgədə yaranmaqda olan sülhə təhdidlər yaratmış olur.

Bölgədə sabitliyin bərqərar olunmasına əngəl törədən dövlətlərdən biri də İran hesab oluna bilər. Ermənistana yeni münaqişəyə həvəsləndirməklə təxribatların həyata keçirilməsinə şərait yaradır. Ermənistan bir beyin mərkəzindən idarə olunmadığından, müxtəlif dövlətlərin əlində alətə çevrildiyindən hələki ipə-sapa yatmırlar. Bununla da erməni cəmiyyəti gələcək həyatına qəsd etmiş olur. Birmənalı başa düşməlidirlər ki, sərhədlərimizdə Laçında, Kəlbəcərdə, Qubadlıda və sair ərazilərimizdə təxribatları davam etdirmək istəsələr belə heç nəyə nail ola bilməyəcəklər. Başları möhtərəm prezidentimizin dəmir yumruğu ilə anındaca əziləcək!

Aytən Məmmədli- YAP Ağstafa RT –nın məsləhətçisi