22 Dekabr 2024

“1993-cü ilin 3 oktyabrında keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövlətini qurtuluşa aparıb”

“Ulu öndər Heydər Əliyev Azərbaycanın XX və XXI əsr tarixində və ictimai-siyası fikrində daim böyük ehtiramla xatırlanacaq dahi şəxsiyyətdir. SSRİ-nin süqutundan sonra hakimiyyət uğrunda çəkişmələrdə kommunist ideologiyası ilə mübarizə adı altında Azərbaycanın bütün tarixi keçmişini şübhə altına almaq, reallıqları kommunist libasında təqdim etmək zəmnində ölkənin bütün formalaşmış kadr potensialına və sosial-iqtisadi bazaya qarşı təqiblər geniş tətbiq edilirdi. Belə bir vəziyyətdə cəmiyyətdə Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında yanaşılmasına və qiymətləndirilməsinə xüsusi ehtiyac hiss olunurdu. Heydər Əliyevə qayıdış onun şəxsiyyətinə və ideyalarına inamın müstəqillik dövrünün milli məfkurəsinin vacib tərkib hissəsinə çevrilməsini nəzərdə tuturdu. Ötən əsrin 70-ci illərindən etibarən ölkəmizin ictimai-siyasi həyatının hərəkətverici qüvvəsi kimi çıxış edən Heydər Əliyev ideyaları Azərbaycan xalqının milli inkişaf kodeksinin əsasları rolunu oynayırdı. Məhz bu dərin dövlətçilik məfkurəsi əsasında Azərbaycan Res¬publikası həmin dövrdə sürətli yüksəlişi təmin edə bilmiş, müstəqilliyin, bir növ, siyasi-iqtisadi təməli qoyulmuşdu. 1993-cü ildə ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi tarixi zərurətdən irəli gəlmişdir. Bununla da ölkənin inkişaf tarixində yeni səhifə açılmışdır. 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövlətini qurtuluşa aparmışdır. Çünki ulu öndər bu seçkilərdə qalib gələrək qurtuluş yolunun ən önündə getmişdir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib. 

 Asif Əsgərli deyib ki, o zaman yeni müstəqilliyini bərpa etmiş Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsinin başlaması, torpaqların erməni qəsbkarları tərəfindən işğalı və ölkədə vətəndaş qarşıdurmasının başlaması ilə milli dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması idi: “3 oktyabr prezident seçkiləridən sonra yenidən Azərbaycanın siyasi həyatına rəhbərlik etməyə başlayan ulu öndəri ilk növbədə əsrlərlə yaşayacaq və özünün adlandırdığı tarixi sərvətimiz olan milli dövlətçiliyimizi yaşatmaq, möhkəmləndirmək, ölkənin ərazi bütövlüyünü qorumaq və Azərbaycanı beynəlxalq birliyin bərabər hüquqlu bir üzvünə çevirmək kimi ciddi tarixi sınaqlar qarşılayırdı. İlk növbədə cəbhədə atəşkəsə nail olub, hər zaman arzuladığı güclü ordu yaradılmasına start verən ümummilli lider Ermənistan və onun havadarlarının beynəlxalq siyasi, diplomatik təzyiq maşınını darmadağın edərək, Azərbaycanı dünyanın və regionun əsas əməkdaşlıq və tərəfdaşlıq mərkəzinə çevirdi”. 
YAP rəsmisi qeyd edib ki, Azərbaycan vətəndaşlarının ən mühüm problemləri hər zaman ulu öndəri düşündürmüşdür: “Bu xüsusda ən ciddi amil isə milli mənəvi dəyərlərimizin inkişafı məsələsi idi. Tarixi təcrübə sübut edir ki, dövlətin inkişafında ən aparıcı vasitə insan və mükəmməl kadr potensialıdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sağlığında təhsil sahəsini də daimi diqqətində saxlamış, müəllimlərə böyük hörmətlə yanaşmışdır. Bu üzdən təhsil işçiləri də ümummilli lider Heydər Əliyevə öz sevgilərini daimi nümayiş edirirlər.
Görkəmli ictimai-siaysi xadim Heydər Əliyev insan, vətəndaş hüquq və təhlükəsizliyini cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində və dövlət idarəçiliyində tətbiq etməyə çalışırdı. ümummilli lider yeni, müasir siyası dövlət idarəemə mədəniyyətinin bütün istiqamətlərini də çox asanlıqla müəyyən etdi. Azərbaycanda siyasi mədəniyyət plüralizmin geniş spektrini əhatə edərək Ulu Öndərin ideya və real fəaliyətləri ilə  formalaşmışdır. Hələ vaxtilə Ümummilli Lider Heydər Əliyevin siyasi mədəniyyət, vətəndaş cəmiyyəti quruculuğu uğrunda etdiyi çağırışlar və apardığı siyasət Azərbaycanda müasir demokratik, açıq və plüarist cəmiyyətinin formalaşmasını surətləndirdi”.
Politoloq deyib ki, ümummilli liderin ideoloji konsepsiyasına rəgmən  Azərbaycanın siyasi mədəniyyəti özünün dövlətçiliyə möhkəm sədaqət, rəhbərin güclü tərəflərini tez müəyyənləşdirmək və populizmə asan məruz qalmamaq məharəti ilə seçilməyə başladı: “Azərərbaycançılıq, dövlətçilik ideyasının isə  bu prosesdə xüsusi rolu vardır. Müasir dövrdə siyasi və sosial inkişaf yolu keçən ölkələr üçün bir etalon ola biləcək bu vahid cəmiyyət ideyasını ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, partiyamızın sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində “dəmir yumruq” prinsipi ilə tətbiq edərək, ulu öndərimizdən vəsiyət qalan Böyük Zəfərimizlə bizə yaşatdı. Budur məhz Böyük Heydər Əliyev məktəbi, tarixi ümummilli lider ideyaları”.