29 Mart 2024

Uğurlu siyasət sayəsində bu gün də inkişafımız davam edir

Şəxsiyyət o kəslərə deyilir ki, nəinki o hadisələrin axarına düşüb gedir, həm də zamanın axarını öz iradəsinə tabe edə bilir. Ümummilli liderimiz Heydər Əliyev, məhz belə şəxsiyyətlərdən idi. Onun fitri istedadı, siyasi qabiliyyəti sayəsində ölkəmiz təlatümlü siyasi proseslərdən çıxaraq , dünya dövlətləri sırasında özünün layiq olduğu yeri tapdı. Onun qətiyyəti sayəsində xalqımız dövlətçiliyini qoruyub, saxlaya bildi.Onun uzaqgörənliyi sayəsində davamlı inkişafımıza qovuşa bildik. İndi biz süveren,müstəqil dövlətin vətəndaşlarıyıq. Bunun üçün də ümummilli liderimizi daim minnətdarlıq hissi ilə xatirlamalı, həmişə yaşar dahi şəxsiyyətimizin adını daim uca tutmalıyıq.
Ümummilli liderimizin adı XX yüzülliyin böyük bir hissəsi daxil olmaqla Azərbaycan dövlətçiliyinə bağlı olub. Milli Təhlükəsizliyimizin keşiyində qətiyyətlə dayanıb. Şəxsi qabiliyyəti, şücaəti sayəsində dövlətçiliyin çətin pillələrində daim yüksəkliklərə ucalıb. 1969-cu ildən isə ümummilli liderin fəaliyyətində yeni bir dövr başlayıb. Azərbaycan SSR-in siyasi rəhbərliyidə birinci olub. Bununla da Azərbaycanın gələcəyi üçün yeni üfüqlər görünməyə başlayıb. Azərbaycan Sovetlər birliyinin tərkibində inkişaf etmiş respublikalardan birincisi olsa da Ümummilli lider bununla siyasi perespektivdə yeni üfüqlər görürdü. Bu müstəqil, azad Azərbaycan dövləti idi.
Azərbaycan dövlətinin müstəqilliyi üçün ümummilli liderimiz zəmin hazırlayır, gələcəkdə müstəqil dövlətin ordusu, iqtisadiyyatı qurulurdu. Naxçivanski adına hərbi məktəbin təməli qoyulmaqla Azərbaycan ordusunun şəxsi heyətinin formalaşdırılmasına başladı. SSRİ-nin ən iri sənaye müəssisələri Azərbaycanda inşa olundu. Bakı Kondisionerlər zavodu, Sumqayıtda inşa olunn sənaye müəssisələri, Daşkəsəndəki filiz emalı zavodlrı və s. Azərbaycan iqtisadiyyatını canladırdı. Pambıq , üzüm, tütün istehsalı əvvəlki illərdən daha çox istehsal olunmağa başladı . İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadir olur. Bunu daim ümmilli liderimiz deyir və əməllərində həyata keçirirdi.
İkinci dəfə Azərbaycanda hakimiyyətə gələn ümummilli liderimiz yenidən ölkəmizin inkişafını təmin etmiş oldu. Ölkəmizdə uğurlu torpaq islahatı keçirilməklə torpaqların kəndlilərə verilməsi həyata keçirildi. Bununla da ölkəmizdə sahibkarlığın inkişafı üçün hərtərəfli inkişafı üçün şərait yaradılmış oldu. Uzaqgörən neft strategiyasının müəyyən olunması sayəsində Azərbaycanın qara qızılı dünya bazarına çıxarıldı. Həyata keçirilən uğurlu islahatlar sayəsində sosial siyasət hər kəsin maraqlarına cavab vermiş oldu. Müharibə şəraitində yaşadığımızdan 1 milyon məcburi köçkünün qayğsını dövlət hər tərəfli təmin etmiş oldu. Onların komunal xərcləri, zəruri ehtiyyaclarının ödənilməsi üçün hər tərəfli addımlar atıldı. Məcburi köçkünlər üçün dövlət hər tərəfli şəraiti olan binalar tikməklə onların mənzillə təminatını yaxşılaşdırdı. Beləliklə uzaqgörən siyasət sayəsində torpaqlarımızın işğaldan azad olunması başladı. Möhtərəm prezidentimizin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Uğurlu siyasət sayəsində bu gün də inkişafımız davam edir.
Aytən Məmmədli- YAP Ağstafa RT-nın məsləhətçisi