22 Dekabr 2024

Ukrayna Təhlükəsizlik Xidməti daha iki rus generalının cinayətlərinə dair sübutlar toplayıb

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya Federasiyası Şərq hərbi dairəsinin komandanı, general-polkovnik Aleksandr Çaykoya qarşı ibtidai istintaqı yekunlaşdıraraq ittiham aktı hazırlayıb.

Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyanın digər yüksək rütbəli hərbçisi, qondarma “LXR”in “Xalq Milisləri”nin (əslində, Rusiya Silahlı qüvvələrinin) 2-ci ordu korpusunun komandiri, general-mayor Əsədulla Abaçev haqqında da cinayət işi açılıb.

İstintaqın verdiyi məlumata görə, A.Çayko işğalçı müharibənin başlanğıcında qoşunların Ukraynanın şimal vilayətlərinin ərazisinə daxil olmasının planlaşdırılmasında, hazırlanmasında və bəzi ərazilərin tutulmasında bilavasitə iştirak edib. O, “Vostok” ordu qrupuna başçılıq edərək, Kiyevi ələ keçirəcək birləşmələrin hərəkətlərinin koordinasiyasını həyata keçirib.

“Ukrayna Silahlı qüvvələrinin əks-hücum əməliyyatı zamanı rus generalı Buçarayonunun Zdvizovka kəndində ələ keçirilən uşaq bağçasında qərargah yaradıb. Bundan başqa, yerli məktəblərdən birinin stadionunda o, Kiyev vilayətində “hərbi şücaətlərinə” görə tabeliyində olanlara mükafatlar verib”.

Təhlükəsizlik Xidməti həmçinin general-mayor Əsəddula Abaçevin törətdiyi hərbi cinayətlərə dair sübutlar toplayıb. Tam miqyaslı işğalın əvvəlində o, Rusiyanın Cənub hərbi dairəsinin ehtiyat 12-ci komandanlığına tabe olan birləşmələrə rəhbərlik edib.

General Abaçevin tabeliyindəki hərbi hissələr rusların şərq istiqamətində hücum əməliyyatlarında yer alıb. Onun Severodonetsk, Lisıçansk, Kremennaya, Rubijne və Luqansk vilayətinin digər yaşayış məntəqələrində Ukrayna qoşunlarına qarşı döyüşlərdə iştirakı təsdiqlənib.

“Şərqi Ukraynada törətdiyi hərbi cinayətlərə görə Əsədulla Abaşev, Rusiyanın ali rəhbərliyinin qərarı ilə “Rusiya Qəhrəmanı” və qondarma “LXR” Qəhrəmanı” titullarına layiq görülüb.