Bölgələrdə “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı növbəti maarifləndirici tədbir keçirildi.
![](https://media1.az/wp-content/uploads/2022/04/59080c8f-e74c-460a-8493-9b5cebd96f0c-1024x683.jpg)
02.04.2022-tarixində İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı layihənin Qəbələ və İsmayıllı rayonunlarında növbəti maarifləndirici tədbirini keçirdi. Tədbir çərçivəsində 30 yaxın rayon sakinləri,müxtəlif peşələrdə çalışan insanlar, gənclər ilə “Qəbələ və İsmayıllı rayon Heydər Əliyev Mərkəzində” görüşlər keçirildi. Tədbiri layihənin rəhbəri İSAY İB nin sədri Eyyub Kərimli açaraq iştirakçıları salamaladı və layihə haqqında geniş məlumat təqdim etdi. Layihənin aktuallığı, məqsədləri və vəzifələri iştirakşıların diqqətinə çatdırıldı. Dövlətimizin bu məsələdə həyata keçirdiyi siyasət, insanların sağlamlığı və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər haqqında müfəssəl məllumatlar iştirakçıların diqqətinə çatdırıldlı. Tədbirdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Fuad Qasımzadə və İsmayıllı RİHB İctimai-siyasi və humanitar məsəslələr şöbəsinin müdür müavini Nəsimi Teymurov layihə haqqında öz fikirlərini bölüşərək maraqlı təkliflərlə çıxış etdilər. Bu sahədə ryonda görülən işlər haqqında ətraflı məlumat verdi. Layihə haqqında öz fikirlərini bölüşərək maraqlı təkliflərlə çıxış etdilər. Sonra layihə çərçivəsində hazırlanan “Plastik və polietilen qablaşdırmalara yox deyək” adlı sosial çarx nümayiş etdirildi. Bu çarx, iştirakçıların çox böyük marağına səbəb oldu.
Tədbirdə qida təhlükəsizliyi üzrə beynəlxalq dərəcəli ekspert Cavid Qurbanzadə plastik və polietilen qabların ekoloji və sağlamlıq zərərləri , bu məhsulların istifadə qaydaları, xsüsiyyətləri, keyfiyyətləri, həmin məhsulların utilizasiya və məhv edilməsi prosesləri haqqında geniş məlumat əks etdirən prezentasiya etdi. İştirakçıları maraqlandıran suallara cavab verildi. Layihənin təsirlərini və əhatəliliyini təmin etmək üçün iştirakçılara maarifləndirici bukletlər, kağız çantalar, birdəfəlik kağız stəkanlar,blaknot və qələmlər paylanıldı.
![](https://media1.az/wp-content/uploads/2022/04/cffaa5bd-65ad-4a4c-8147-36cca4e1b173-1024x461.jpg)
![](https://media1.az/wp-content/uploads/2022/04/59080c8f-e74c-460a-8493-9b5cebd96f0c-1024x683.jpg)
![](https://media1.az/wp-content/uploads/2022/04/b1fccfc3-932f-4a19-ac0b-27a1b07c691d-1024x768.jpg)
![](https://media1.az/wp-content/uploads/2022/04/90abecd7-b009-4994-8870-ab09ceaf6249-1024x768.jpg)