“Qaradağ” Günəş Elektrik Stansiyası bu tarixdə istifadəyə veriləcək
![](https://media1.az/wp-content/uploads/2022/03/8597a6cf164741573167155064910171106.jpg)
Ötən gün təməli qoyulan “Qaradağ” Günəş Elektrik Stansiyası (GES) 2023-cü ilin payızında istifadəyə veriləcək.
media1.az xəbər verir ki, bu barədə “Qaradağ” GES-in təməlqoyma ərazisində keçirilən brifinq zamanı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən tikiləcək stansiyada 50 mindən artıq günəş paneli quraşdırılacaq.
T. Əmmayevin sözlərinə görə, stansiyanın ərazisi 550 hektar ərazini əhatə edir və 110 min ev təsərrüfatını əhatə edəcək.
Xatırladaq ki, ötən gün “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə “Qaradağ” GES-in təməlqoyma mərasimi keçirilib. Layihənin dəyəri 225 mln. ABŞ dolları təşkil edir və bu məbləğ “Masdar” şirkəti tərəfindən təmin olunacaq. Stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısını alınacaq.