18 Oktyabr 2024

Azərbaycanda tələbələrdə koronavirus aşkarlandı: Təhsil distant olacaq

“Azərbaycan Dillər Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2 qrupunda tələbələrdə koronavirus aşkarlandığı üçün qruplar 14 gün müddətində distant təhsilə keçib”.

Media1.az xəbər verir ki, bu haqda məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşıb.

Hər iki universitetin 2 qrupunda koronavirusa yoluxma halı aşkarlandığı üçün həmin qruplar distant təhsilə keçib.

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma artıb.