27 May 2024

Yeni quraşdırılan radar bu məsafədən CƏRİMƏLƏYƏCƏK – Sürücülərin DİQQƏTİNƏ

Ölkə ərazisinə gətirilən yeni radarı digərlərindən fərqləndirən bir çox funksiyaları var.

Musavat.com xəbər verir ki, yeni radarın təkcə yuxarı hissəsində deyil, sütun hissəsində də bir neçə kamera quraşdırılıb.

Nəqliyyat eksperti Elməddin Muradlı “ARB”yə bildirib ki, yeni radar ərazi təhlil edildikdən sonra quraşdırılıb: “Çünki radar bağlı qurğudur və onu hər küçəyə quraşdırmaq olmaz. Sürücülərin qayda pozmağa çox meyilli olduğu yerlərə quraşdırılır”.

Qeyd edək ki, yeni nəsil radar həm DYP əməkdaşları, həm də sürücülərin işini asanlaşdıracaq. Bundan sonra sürücülər sürət həddini aşa bilməyəcək və bununla da qəzaların qarşısı alınmış olacaq.

Ətraflı videoda izləyə bilərsiniz: