27 İyul 2024

YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatında tədbir keçirilib

20 noyabr 2023-cü il tarixdə Ağstafa şəhər 1 saylı Folklor klubunda Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının təşkilatçılığı ilə partiyanın təsis edilməsinin 31-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon və “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının  nümayəndələri iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli  partiyanın təsis edilməsinin 31-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, inkişafından geniş bəhs edib.

Tədbirdə çıxış edən digər natiqlər – “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədr müavini Solmaz Nağıyeva, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının üzvləri Emilya Abdullayeva, Qönçə Hüseynova və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildiriblər ki, bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü müstəqilliyimizin xilaskarı, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, qalib Prezident, cənab İlham Əliyevin rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunmaqdan qürur hiss keçirir. Qeyd olunub ki, partiyamızın üzvləri ölkəmizin həyatında başlanan yeni mərhələyə-işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinə öz töhfələrini verməyə səy göstərirlər.