24 İyul 2024

Bərdədə Ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir təşkil edilib.

Noyabrın 20-də Bərdə Rayon Qeydiyyat İdarəsinin təşkilatçılığı ilə Ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir təşkil edilib.

Bərdə rayon Heydər Əliyev mərkəzində keçirilən tədbiri giriş nitqi ilə Bərdə rayon Qeydiyyat İdarəsinin rəisi, Kiçik ədliyyə müşaviri Nəriman İsmayılov açıb.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Azərbaycan xalqının ümummilli lideri unudulmaz şəxsiyyət Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bərdə rayon Qeydiyyat İdarəsinin rəisi, Kiçik ədliyyə müşaviri Nəriman İsmayılov bildirib ki, Azərbaycan ədliyyəsi uzun və şərəfli bir yol keçib. Əsası 1918-ci ilədə qoyulan Ədliyyə nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti ilə yaşıddır. 105 il əvvəl babalarımızın qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin ilk nazirliklərindən biri də Ədliyyə nazirliyi olub. Xəlil bəy Xasməmmədovun başçılığı ilə yaradılan Ədliyyə nazirliyi bir sıra mütərəqqi tədbirlərin həyata keçirilməsinə nail olub. Sovet hökuməti qurulandan sonra Ədliyyə nazirliyi ləğv olunsada Ümummilli lider Heydər Əliyev Azərbaycanın siyasi hakimiyyətinə yüksəlməsindən sonra ikinci dəfə bu peşənin yenidən bərpası mümkün olub. Ümummilli liderin diqqət və qayğısı sayəsində Ədliyyə peşəsi daim inkişaf edərək təkmilləşib. Nəriman İsmayılov Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli qərarı ilə 22 noyabr 1918-ci ildə Ədliyyə nazirliyinin əsasnaməsinin qəbul edilməsini əsas götürməklə bu günün ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunmasını tarixi hadisə adlandırıb. Natiq daha sonra qeyd edib ki, bu gün də cənab prezidentimiz İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar, ənənəvi yeniliklər bu sahənin daim dəyişən və innovativliyini göstərir. İdarə rəisi Nəriman İsmayılov çıxışının sonunda Ədliyyə naziri Fikrət Məmmədov, Ədliyyə sahəsində vətəndaşlara xidmət idarəsinin rəisi İlqar Məmmədovun ədliyyə sahəsində göstərilən xidmətlərini yüksək qiymətləndirərək  22 noyabr Ədliyyə işçilərinin peşə bayramı münasibətilə ədliyyə işçilərini , o cümlədən hər bir Azərbaycan vətəndaşını təbrik edib.  

Bərdə Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi Eldəniz İbrahimov ümummilli lider Heydər Əliyev tərəfindən başlanan hüquqi islahatların bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, İlham Əliyevin prezidentliyi dövründə ədliyyə sahəsinə aid 313 sənəd qəbul edilib, 2013-cü ildə “ Ədliyyənin inkişafına dair” Dövlət Proqramı qəbul edilib. Eldəniz İbrahimov Elektron notarius, elektron məhkəmə xidmətlərinin tətbiqinin ədliyyə sahəsində xidmətlərin yüksək səviyyədə təşkilinin bariz nümunəsi adlandırıb.  Ədliyyə sahəsində həyata keçirilən tədbirlər haqqında geniş və əhatəli məlumat verəndən sonra Bərdə Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi Eldəniz İbrahimov həmkarlarını Ədliyyə işçilərinin peşə bayramı münasibətilə təbrik edib.

Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru  İlahə Quliyeva, Bərdə regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin rəisi  Məftunə Əfəndiyeva, Ağdam rayon Qeydiyyat şöbəsinin məsləhətçisi Səmayə Mehtiyeva, Gənclər və İdman idarəsinin  rəisi  Aydın Qasımov da Ədliyyə nazirliyinin şanlı tarixi haqqında danışaraq ümummilli liderin əvəzsiz xidmətlərini məmnunluq hissi ilə xatırlamışlar. Ədliyyənin bu günkü gününü, həyata keçirilən islahatları , tətbiq olunan xidmətlərin daim təkmilləşdirilməsini yüksək qiymətləndirmişlər.

Sonda tədbir iştirakçıları görüşdən xatirə şəkili çəkdirmişlər.

Media1.az- Musa Muradlı