27 İyul 2024

Ağstafada şəhid Əhmədov Mahmud Fərman oğlunun xatirəsi anılıb

Ağstafada Vətən müharibəsi şəhidi Əhmədov Mahmud Fərman oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin məsul şəxsləri, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Ağstafa şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Abdullayev Nihad Adil oğlunun, Həsənov Elnur Elman oğlunun, İbrahimov Elçin Rövşən, Mustafayev Ramiz Bağman oğlunun, Orucov Xudayət Vilayət oğlunun və Əliyev Tahir Çingiz oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

Qeyd edək ki, Mahmud Əhmədov 2020-ci ildə Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.