Xocalıda artilleriya mərmiləri aşkarlanıb
![](https://media1.az/wp-content/uploads/2024/02/67bd22ca819380370d330c379cde1fbc.jpg)
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Xocalı rayonunda artilleriya mərmiləri aşkar edilib.
Bu barədə Media1.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş 8 ədəd 122 mm zirehdələn, 273 ədəd qəlpəli-fuqaslı və 285 ədəd 122 mm top mərmiləri arxalığı təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib”, – məlumatda qeyd edilib.
![](https://cdn.musavat.com/news/images/ali/476c2f2e-7995-3470-b83d-f3f85a4a5639.jpg)
![](https://cdn.musavat.com/news/images/ali/e66ffed5-172f-3b5a-ae9d-08664c58a7d8.jpg)