27 İyul 2024

Cavanşir Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Media1.az bildirir ki, bu barədə Xalq artisti Ramiz Mirzəyev sosial şəbəkədə məlumat yayıb.

“İstanbuldan xoş olmayan xəbər gəldi. Həyat yoldaşı Ülkər xanım bildirdi ki, İstanbulda işgüzar səfərdə olan bəstəkar Cavanşir Quliev bu gün səhər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”,-deyə Xalq artisti qeyd edib.