27 İyul 2024

Vilayət Eyvazov Xankəndiyə rəis təyin etdi

Xankəndi şəhərinə polis rəisi təyin edilib.

Media1.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Zaur Nəsirov gətirilib.

O, Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunmazdan əvvəl, eyni vəzifəni Göygöldə daşıyıb.