23 Dekabr 2024

Xocalı – qanlı irsimiz, Zəfər – şanlı işimiz!

Tarixin həmin dəhşətli günü hər ilin 26 fevralında xalqımızın yaddaşında təzələnir. 30 il əvvəl Qarabağın Xocalı şəhərində misli görünməmiş erməni vandallığı sayəsində bəşəriyyətin ən ağır cinayəti törədilmiş, xalqımıza qarşı bədxah qonşu Ermənistan Respublikasının rəhbərliyi tərəfindən soyqırım həyata keçirilmişdir.Bununlada ermənilərin insanlıqdan uzaq, bəşəri dəyərlərə yad bir xalq kimi portreti cızılmışdır.

1992-ci ilin o günləri ölkəmiz təlatümlü günlərini yaşayırdı. Siyasi hərcmərclik, başıpozuqluq hökm sürürdü. O vaxtki rəhbərlik idarəçiliyi həyata keçirə bilmir, get-gedə siyasi böhran dərinləşirdi. Belə bir şəraitdə Qarabağda baş qaldıran erməni separatizmi isə azğınlaşmaqda davam edirdi. Azərbaycan kəndləri erməni quldur silahlı dəstələrinin hücumlarına məruz qalır, dəhşətli qırğınlar törədilirdi. Malıbəyli , Quşçular, Ağdaban kəndləri ermənilərin hücumlarına məruz qaldığından günahsız insanlar qətlə yetirilirdilər. Qətlə yetirilən soydaşlarımızın da qətlə yetirilməyinin bir səbəbi var idi. Bu səbəb, təbii ki, onların azərbaycanlı olması idi.

Belə bir talenin Xocalının da yaşaması gözlənilən idi. Bütün gözlənilən təhlükələrə rəğmən tam mühasirə şəraitində olsalar da xocalılar məğrurluqların itirmir, mərdi-mərdanə düşmənin qarşısında dayanırdılar. Ancaq buna baxmayaraq , O vaxtki hakimiyyətin fəaliyyətsizliyi gözlənilən təhlükənin qarşısını almağa imkan vermədi. Ermənilər 366-cı rus alayını da  hazırladıqları cinəyətkar əməliyyata cəlb etməklə tək xalqımıza qarşı deyil, bütün bəşəriyyət əleyhinə Xocalı faciəsini törətmiş oldu.

Fevralın 25-dən 26-na keçən gecə hərtərəfdən təpədən dırnağa kimi silahlanmış erməni rus hərbçiləri mexanikləşdirilmiş hissələrin iştirakı ilə  tanklardan, zirehli texnikalardan istifadə etməklə hər tərəfdən mühasirədə olan Xocalıya hücum etmişdilər. O gecə tariximizin ən dəhşətli hadisəsini yaşayırdıq. Xocalılar amansızlıqla qətlə yetirilirdilər. Qadınlara, uşaqlara belə erməni cəlladları rəhm eləmirdilər. Xəstə erməni millətçisi Zori Balayan hətta sonralar memuar yazaraq bu vəhşiliklə öyünür. Bildirir ki, türk qızının diri-diri dərisini soyublar. Onun əzablı  ölümündən həzz alıblar. Fikrimizcə bu qədər qana susayan, insan həyatına qəddarlıqla son qoyan ikinci bir millət ola bilməz. Bu faciənin müəllifi Ermənistan Respublikası, Qarabağın erməni separatçıları və erməni millətçiləri o gecə bütün dini, bəşəri dəyərlərə yad olduqlarını bir daha nümayiş etdirdilər. Allahın özünü belə unutmuşdular. Erməni cəlladlar körpələrə belə rəhm etmirdilər.Azərbaycanlı olduqları üçün fidan körpələri belə amansızlıqla qətlə yetirirdilər.

Xocalıda baş verənlər münaqişənin ən iri miqyaslı qırğını idi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1,275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşdür.

Xocalı qurbanlarının dünyaya çatdırılması istiqamətində ölkə başçısı, I vitseprezident Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitseprezidenti Leyla xanım Əliyeva fəal , yorulmaz iş aparır. Leyla xanım Əliyevanın “ Xocalıya Ədalət” kampanıyası sayəində ildən ilə erməni vəhşiliyini qınayan ölkələrin sayı artır.

Nahaq qan yerdə qalmaz. Allah zülmü yerdə qoymaz. O gün gəldi. Ali baş komandanımızın illərdən bəri apardığı uğurlu siyasət və sonunda müzəffər ordumuzun hərb meydanına atılması sayəsində torpaqlarımız işğaldan azad olundu. Xocalı şəhidlərinin qisası qiyamətə qalmadı. Onların qisası döyüş meydanında düşməndən layiqincə alındı.

İndi bizi o müdhiş tarixi faciədən 30 il ayırır. Xocalı şəhidlərinin ruhu hər il olduğu kimi ehtiramla yad olunur.      

 Nəriman İsmayılov

 Bərdə Rayon Qeydiyyat Şöbəsinin rəisi

I dərəcəli ədliyyə qulluqçusu