27 İyul 2024

XİN başçısı: “Azərbaycana qarşı qərəzli olan tərəflərin vasitəçiliyini qəbul etməyəcəyik”

“Bizim üçün əsas məqsəd Ermənistanla danışıqların nəticəyönümlü olmasıdır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, danışıqlar üçün konkret platformaya köklənmək prioritet deyil: “Biz danışıqlar üçün istənilən platformaya hər zaman razılıq vermişik. Bizim üçün yeganə istisna özlərinin qərəzini artıq nümayiş etdirmiş tərəflərdir. Belə platformalar bizim üçün qəbuledilməzdir”.