Azərbaycanın general-polkovnikləri – SİYAHI
General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.
Bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır.
General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur.
Hazırda vəzifə başında olan və istefaya göndərilən general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısı belədir:
1. Zakir Həsənov – Müdafiə naziri
2. Bəylər Əyyubov – Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
3. Ramil Usubov – Prezident yanında Təhlukəsizlik Şurasının katibi
4. Kərim Vəliyev – Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini
5. Əli Nağıyev – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
6. Vilayət Eyvazov – Daxili işlər naziri
7. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri
8. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
9. Mədət Quliyev – Müdafiə sənayesi naziri
10. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri
11. Kərəm Mustafayev – Əlahiddə Ümumqoşun Ordu komandanı
12. Vaqif Axundov – Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi
13. Səfər Mehdiyev – Dövlət Gömrük Komitəsinin sabiq sədri
14. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
15. Nəcməddin Sadıqov – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik
16. Səfər Əbiyev – Eks-müdafiə naziri
17. Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri
18. Namiq Abbasov – Sabiq milli təhlükəsizlik naziri (1995-2004)
19. Fazil Məmmədov – Sabiq Vergilər naziri (I dərəcəli dövlət vergi xidməti müşaviri)
20. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)\\BAKU.WS