27 İyul 2024

Ceyhun Bayramovdan sülh müqaviləsi ilə bağlı MÜHÜM AÇIQLAMA – Fotolar

Moldova mətbuatında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransındakı çıxışı geniş yayımlanıb.

Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyindən Musavat.com-a verilən məlumata görə, Moldovanın “Realitatea”, “Rupor”, “Dosar Media” və digər xəbər portallarında rus və rumın dillərində dərc olunmuş məqalələrdə nazirin fikirlərinə istinadla vurğulanır ki, Moskvada Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin danışıqlarının 3-cü raundunun keçirilməsi planlaşdırılır.

Eyni zamanda, məqalələrdə Azərbaycan tərəfinin Ermənistana qarşı etdiyi şikayətlər üzrə Beynəlxalq Ədalət Məhkəməsi və Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən tədbirlər görüldüyü ilə bağlı Ceyhun Bayramovun dedikləri əks olunub.

Bununla yanaşı, Qarabağdakı təbii yataqların istismarı ilə bağlı araşdırma işlərinə azərbaycanlı mütəxəssislərlə bərabər, beynəlxalq ekspertlərin də cəlb olunduğu, eləcə də, burada hesablama işlərinin aparıldığı qeyd olunub.

Xəbərin linkləri:

  1. https://realitatea.md/ministrul-de-externe-al-azerbaidjanului-avertizeaza-armenia/
  2. https://rupor.md/ministr-inostrannyh-del-azerbajdzhana-rasskazal-o-peregovorah-s-armeniej/
  3. https://dosarmedia.md/ministrul-de-externe-al-azerbaidjanului-avertizeaza-armenia-tratatul-de-pace-delimitarea-si-deschiderea-comunicatiilor-sunt-procese-separate/
  4. https://noi.md/ru/hnews/azerbajdzhan-prokommentiroval-predlozheniya-armenii-po-mirnomu-dogovoru?prev=1