08 Sentyabr 2024

Xərçəng xəstəliyinə tutulan Ağadadaş Ağayev əməliyyat olunub

Xərçəng xəstəliyinə tutulan Xalq artisti Ağadadaş Ağayev bu gün Türkiyənin İstanbul şəhərində yerləşən xəstəxanaların birində əməliyyat olunub.

Media1.az Musavat.com-a istinadən  bildirir ki, bu barədə tanınmış tele-aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, müğənni bir müddətdir onkoloji xəstəliklə mübarizə aparır:

“Eşitdiyimə inanmaq istəmədim, amma Ağadadaş Ağayevin xərçəng xəstəsi olması və Türkiyədə müalicə alması həqiqət imiş.

Müğənni həyatda qalmaq üçün mübarizə aparır. Bu gün əməliyyat olundu. Xəstəlik ona əziyyət versə də, bu haqda heç kimə bildirməyib”.