Mövqelərimiz atəşə tutuldu
![](https://media1.az/wp-content/uploads/2024/02/7ade0c6eb3b0c07177802680638fcfa7.jpg)
Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Media1.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.