27 İyul 2024

Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Bərdə kollecində silsilə tədbirlər davam edir

Aprelin 27-də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində idman yarışları təşkil edilib.

Media1.az-ın xəbərinə görə idman yarışları Ümummilli lider Heydər Həliyevin 100 illiyinə həsr olunub

İdman yarışları rəngarəngliyi ilə yadda qalıb. Yarışda idmanın müxtəlif növlərindən istifadə olunub.

Sonda yarışda fərqlənənlərə mükafatlar təqdim edilib.

Onu da qeyd edək ki, idman yarışlarını Bərdə rayon Ağsaqqallar Şurasının və Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şura , Azərbaycan Vətən Müharibəsi Veteranlar Təşkilatının üzvləri tərəfində izlənilib.