04 Noyabr 2024

Ukrayna PUA-larının Rusiya şəhərlərinə kütləvi hücumu – Tuapsedən Moskvayadək

Xəbər verildiyi kimi, fevralın 28-də bir anda Rusiyanın bir neçə bölgəsinə pilotsuz təyyarələr düşüb.

Media1.az Rusiya mediaasına istinadən xəbər verir ki, PUA-lar ən çox neft bazalarının və Federal Təhlükəsizlik Xidmətinin məntəqələri yaxınlığında görünüb. Bu Ukraynaya qarşı genişmiqyaslı işğalçı savaşa başlanandan bəri Rusiya ərazisinə ən kütləvi hava hücumu hesab olunur.

PUA-lar ilk dəfə Moskva ətrafı bölgədə görünüb. Pilotsuz təyyarə Kolomna yaxınlığındakı qaz-kompressor stansiyasının yaxınlığında tapılıb. Yerli ekspertlər onun “UJ-22 Airborne” pilotsuz aparat olduğunu, belə dronların “Ukrjet” şirkəti tərəfindən istehsal edildiyini bildiriblər. Onun maksimal uçuş məsafəsi 800 kilometr, maksimal uçuş müddəti isə 14 saatdır. Pilotsuz təyyarə Rusiya-Ukrayna sərhədindən Moskva vilayətində Kolomna şəhərinə qədər 420 km-ə qədər məsafəni qət etmək qabiliyyətinə malikdir.

WhatsApp Image 2023-02-28 at 16.45.34.jpeg (227 KB)

“Naməlum obyekt” Sankt-Peterburq üzərində hava məkanının bağlanmasına səbəb olub. Şəhər rəhbərliyi sərhədin havadan qanunsuz keçilməsi zamanı nəzərdə tutulan “Xalça” planını tətbiq edib.

Bundan sonra döyüş təyyarələri havaya qaldırılıb.

Rusiya xəbər agentlikləri Tuapsedəki neft anbarına hücum olduğunu iddia edirlər.  Dünən gecə partlayıcı ilə doldurulmuş iki pilotsuz təyyarə “Rosneft”ə məxsus neft anbarının ərazisinə düşüb. Fotoşəkillərə əsasən, bazaya ciddi ziyan dəyib.

WhatsApp Image 2023-02-28 at 16.45.47.jpeg (268 KB)

Belqorod və Bryanskın sərhəd rayonlarına da pilotsuz təyyarələr düşüb. Vilayətin qubernatoru Vyaçeslav Qladkov vilayətdə bir anda üç pilotsuz təyyarənin hissələrini tapıldığını söyləyib. PUA-lardan biri yaşayış binasının pəncərəsinə uçub, xəsarət alan olmayıb. Həmçinin təyyarələrdən birinin FTX-nin Sevski rayonundakı sərhəd idarəsinin texniki müşahidə məntəqəsinə hücum etdiyi qeyd olunur.

PUA-lar vasitəsilə Adıgeyə hüvum faktının qeydə alındığı bildirilir. Respublika başçısı Murat Kumpilovun sözlərinə görə, qurğu Qiaqinski rayonunun Novı kəndinə – Krasnodardan təxminən 90 kilometr və Tuapsedən 160 kilometr aralıda düşüb.