NATO-dan MÜHÜM Ukrayna bəyanatı – Razılıq verildi!
NATO Ukraynanın üzvlüyü ilə bağlı yeni açıqlama verib.
Media1.az-ın xəbərinə görə, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna uzunmüddətli perspektivdə hərbi alyansın üzvü olacaq.
Stoltenberq Finlandiyanın paytaxtı Helsinkiyə səfəri zamanı jurnalistlərə bu barədə açıqlama verib:
“NATO müttəfiqləri Ukraynanın bizim alyansımızın üzvü olacağı barədə razılığa gəliblər, lakin bu, həm də uzunmüddətli perspektivdir”.
Stoltenberq vurğulayıb ki, aktual məsələ Ukraynanın Rusiya işğalı qarşısında müstəqil dövlət kimi qalmasıdır.