19 Aprel 2024

Aleksandr Nevzorov barəsində qiyabi hökm qanuni qüvvəyə minib

Rusiya ordusu haqqında dezinformasiya yaydığına görə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Aleksandr Nevzorovun (Rusiya Federasiyasında xarici agent kimi tanınan) nümayəndələri hökmdən apellyasiya şikayəti verməyiblər.

Media1.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə bu gün Moskvanın Basmannı məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, jurnalist barəsində müvafiq qərar çıxarılıb, hökm qüvvəyə minib.

“Nevzorova qarşı hökm fevralın 16-da qanuni qüvvəyə minib, məhkumun maraqlarına cavab verən şikayət Moskvanın Basmannı rayon məhkəməsinə daxil olmayıb”, – məhkəmə nümayəndəsi bildirib.

Musavat.com