23 Dekabr 2024

UEFA qaçqınlar üçün ilk futbol turniri keçirdi

UEFA və BMT tərəfindən qaçqınlar üçün ilk futbol turniri keçirilib.

Yarışda 8 ölkədən hər iki cinsdən olan qaçqınlar, eləcə də həvəskar oyunçulardan ibarət yığma komandalar iştirak edib.

Qalib adı uğrunda Avstriya, Belçika, Almaniya, İtaliya, Malta, İrlandiya, Fransa və İsveçrə seçmələri mübarizə aparıb.

Finalda Almaniya əsas vaxtda 2:2 hesabı ilə bərabərə qaldığı İsveçrəni penaltilər seriyasında məğlub edib.

UEFA-dan qeyd edilib ki, turnirin məqsədi qaçqınlar və onları qəbul edən icmalar arasında əlaqələrin möhkəmləndirilməsində futbolun rolunu artırmaqdır.

Mənbə: sports.ru