Türkiyə ABŞ imtina edəcəyi təqdirdə Rusiyadan qırıcı ala bilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın F-16 qırıcılarını satmaqdan imtina edəcəyi təqdirdə Ankaranın digər ölkələrə, o cümlədən Rusiyaya müraciət edə biləcəyini etiraf edib.
Türkiyə lideri bunu cümə namazından sonra jurnalistlərə deyib. “Respublikaçılar F-16 qırıcılarının satışında Türkiyəyə dəstək verəcəklərini açıq şəkildə bildirdilər. Ümid edirəm ki, ABŞ bizi məyus etməyəcək, çünki ABŞ qırıcı təyyarələri satan yeganə ölkə deyil”, – Türkiyə dövlət başçısı bildirib.
O qeyd edib ki, Böyük Britaniya, Fransa və Rusiya da təyyarə satır və “bu barədə bizə siqnal ötürən” ölkələr də var.
Avqustun sonunda Ərdoğan bildirib ki, ABŞ-ın Ankaraya F-35 qırıcıları satmaqdan imtina etməsi və Vaşinqtonun müdafiə sistemlərinin alınmasına reaksiyası ölkəni narahat etmir.