20 Aprel 2024

Rusiya və Türkiyə prezidentləri Səmərqənddə görüşəcəklər

Rusiya və Türkiyə prezidentləri Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçiriləcək sammitində görüşəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yayıb.

Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan digər məsələlərlə yanaşı, Qara dəniz limanlarından taxıl daşınmasını da müzakirə edəcəklər.

Kremlin nümayəndəsi vurğulayıb ki, hazırda taxıl yüklənmiş yalnız iki gəmi yoxsul ölkələrə gedib. Müzakirə olunacaq digər mövzu isə Rusiyanın ərzaq məhsullarının beynəlxalq bazarlara çatdırılmasıdır. D.Peskovun sözlərinə görə, Rusiyanın ərzaq məhsulları və gübrəsi yüklənmiş gəmilər limanlara girə bilmir, onlara xidmət göstərilmir.