23 Dekabr 2024

Tərtərdə əkindən sonra sahələrin yandırılmasının mənfi fəsadlarına dair maarifləndirmə tədbiri keçirilib.

Aprelin 20- də Tərtər rayon İcra Hakimiyyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsülə həyata keçirilən əkindən sonra sahələrin yandırılmasının mənfi fəsadlarına dair tədbir təşkil edilib.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin , Tərtər rayon DAİM-in, FHN -nin yerli bölməsinin, Meşə Bərpa Mərkəzinin , bələdiyyələrin nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.

Tədbirdə əkin sahələrinin küləş, otlardan təmizləmək məqsədilə yandırılmasının yolverilməz olduğu bildirilib. Torpğın münbit qatının məhv olması izah olunub.