Təəccüblüdür amma, faktdır

Məlum olub ki, ötən əsrin 20-ci illərində qol saatlarının içərisində miniatür coğrafi xəritələr yerləşdirilirdi.
Maraqlıdır ki, ABŞ Prezidenti Abraham Linkoln ölümündən bir neçə saat əvvəl Gizli Xidmətin yaradılmasını əmr etmişdi.
Tarixin ən qısa müharibəsi İngiltərə ilə Zanzibar arasında cəmi 38 dəqiqə davam edib. Təbii ki, ingilislər qalib gəliblər.
Qədim Misirdə pişiklər müqəddəs heyvan hesab olunurdu. Kiminsə pişiyi öləndə ailənin bütün üzvləri yas əlaməti olaraq qaşlarını qırxırdılar.
Maraqlı faktlardan biri də odur ki, inqilabdan əvvəlki Rusiya dünyanın spirtli içki içilməyən ölkələrindən biri hesab olunurdu.
1952-ci ildə Albert Eynşteyn İsrailin prezidenti ola bilərdi. Lakin nədənsə alim könüllü olaraq bu vəzifədən imtina etdi.
1720-ci ildə iqtisadi böhranın qızğın çağında Britaniya parlamenti bankirləri ilan torbalarına qoyub çaya atmaq haqqında xüsusi qanunu müzakirə edirdi.
Maraqlıdır ki, ərəb rəqəmlərini ərəblər deyil, hind riyaziyyatçıları icad ediblər.
Təəccüblüdür ki, heroin bir vaxtlar uşaqlarda öskürək kəsici kimi istifadə olunurdu.
Məşhur Leonardo da Vinçi bazardan qəfəsdə olan heyvanları alaraq onları “azadlığa” buraxırdı.
İslandiya parlamentinin planetin ən qədim fəaliyyət göstərən parlamenti olduğunu bilirdinizmi? O, hələ 930-cu ildə yaranmışdı.
Çox maraqlıdır ki, Yuli Sezarın bıçaqlanaraq öldürüldüyü yer indi pişiklər üçün ziyarətgahdır.
Roma imperatoru Kaliqula atı İncitatı o qədər sevirdi ki, ona vətəndaşlıq verərək bir müddətdən sonra onu senator da edir.
19-cu əsrdə ölü əsgərlərin dişlərindən protezlər hazırlanırdı.
Qədim Hindistanda eramızdan əvvəl 5-ci əsrdə insanların məskənlarında kanalizasiyaları da var imiş.
Roma Papası IX Qriqori inanırdı ki, pişiklər şeytan nəslindən törəyib. Buna görə də onları məhv etdirdi. Son nəticədə siçanların sayı artdı və 100 milyon insanı məhv edən Bubon taunu yayılmağa başladı.
Afrika və Antarktidada heç vaxt Olimpiya Oyunları keçirilməyib.