19 Aprel 2024

Vasif Talıbovun milyonluq retro maşınları – FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun retro avtomobil kolleksiyasının görüntüləri üzə çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə jurnalist Samir Feyruzov məlumat yayıb.

Jurnalist kolleksiyada təxminən 150-ə yaxın avtomobil olduğunu bildirib.

O, V.Talıbovun retro maşınlar kolleksiyasının Nizami rayonu Əlişir Nəvai 17 ünvanında (Gəmiqaya Holdinqin ərazisində) yerləşdiyini yazıb.